AZ

“Türk Dünyasında Qadın” simpoziumunda Azərbaycan qadınlarının hüquqlarından danışılıb (FOTO)

Bakı. Trend:

Şimali Kipr Türk Respublikasında “Türk Dünyasında Qadın”simpoziumu keçirilib.

Trend xəbərverir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, simpoziumda müxtəlif ölkələrdə qadınlarınictimai-siyasi həyatda iştirakçılığının vəziyyəti və inkişafı iləbağlı akademik müzakirələr aparılıb, gələcək fəaliyyətə dairtəkliflər səsləndirilib.

Onlarla ölkənin qadınlarının təmsil olunduğu simpoziumda ŞimaliKipr Türk Respublikasının Prezidenti Ersin Tatar iştirak və çıxışedib. Ölkə başçısı türk dünyası qadınlarının fəaliyyətini yüksəkqiymətləndirib, onlara uğurlar arzu edib.

Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsini təmsil edən Media,kommunikasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı“Azərbaycanda qadın hüquqları” mövzusunda çıxış edib.

Çıxışda qeyd olunub ki: “Ölkəmiz 1918-ci ildə Şərqdə ilk dəfəqadına seçib-seçilmək hüququ verib, bu da o dövrdə Azərbaycanınhüquqi dövlət quruculuğu yolunda əzminin ən parlaq göstəricisiolub. Ölkəmizdə qadın siyasətinin əsas prinsiplərinin müəyyənedilməsi və dövlət səviyyəsinə qaldırılması Ümummilli Lider HeydərƏliyevin adı ilə bağlıdır. Qadın siyasəti bu gün Prezident İlhamƏliyev tərəfindən yeni meyarlarla zənginləşdirilərək yüksəksəviyyədə davam etdirilir. Azərbaycan qadını ölkədə ən yüksəkdövlət vəzifələrində təmsil olunur, gender bərabərliyi təminolunur”.

Simpozium iştirakçılarına DİDK-nın xaricdə yaşayanazərbaycanlılara hüquqi yardım göstərilməsi məqsədilə həyatakeçirdiyi uzunmüddətli layihələr, eləcə də yeni nəsil diasporun anadilində təhsil alma hüququnun təmin olunması üçün açılan həftəsonuAzərbaycan məktəblərinin fəaliyyəti barədə də məlumat verilib.

Daha sonra azərbaycanlı məcburi köçkünlərin, o cümlədənqadınların ata-baba yurduna dönməsini əks etdirən qısametrajlı filmgöstərilib və iştirakçılarda böyük maraq doğurub.

Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin TatarAzərbaycan nümayəndə heyəti ilə tanış olub və Diasporla İş üzrəDövlət Komitəsinin Youtube kanalı olan Diaspor TV-yə müsahibəverib.

Prezident öz müsahibəsində bildirib ki: “Azərbaycan Prezidentiİlham Əliyevin Türk dövlətləri birliyinə önəm verməsi, birlikdəgələcəyə daha güclü şəkildə yürüyə biləcəyimizi ifadə etməsi bizimüçün çox böyük əhəmiyyət daşıyır. Mən Prezident İlham Əliyevinfəaliyyətinə böyük dəyər verirəm, xüsusilə Qarabağda qazanılanzəfərdən sonra daha gözəl işlər görüldüyünü söyləməkistəyirəm”.

Ersin Tatara və simpoziumun təşkilatçılarına Azərbaycanın tarixvə mədəniyyətindən bəhs edən kitablar, milli-mədəni dəyərlərimizinrəmzi olan hədiyyələr təqdim olunub.

“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
“Türk
Seçilən
10
az.trend.az

1Mənbələr