AZ

Aydın Sezer: Ərdoğan vaxtından əvvəl seçki qərarı alarsa... -ŞOK AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentin 2027-ci ilin ikinci yarısında növbədənkənar seçkilərin keçirilməsinə qərar verəcəyi təqdirdə üçüncü dəfə dövlət başçısı postuna namizəd ola bilər. Bu fikirləri Türkiyə liderinin baş müşaviri Mehmet Uçum deyib. Uçum qeyd edib ki, konstitusiyaya görə, parlament hazırkı prezidentin ikinci müddətində növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edərsə, o zaman konstitusiyanın 116/3-cü maddəsinə uyğun olaraq prezident yenidən namizəd ola bilər. Ərdoğanın ikinci prezidentlik müddəti 2028-ci ildə başa çatır və konstitusiyaya görə, o, iki dəfə ardıcıl sözügedən posta seçildiyi üçün üçüncü dəfə namizəd ola bilməz.

Türk siyasətçi və yazar Aydın Sezer “Sherg.az”a vurğulayıb ki,  Mehmet Uçum prezident tribunasında önəmli vəzifədədir:

“Eyni zamanda Prezident Rəcəb Tayyib Ərdoğanla çox yaxın əlaqələri mövcuddur. Mehmet Uçum hüquqşunasdır, lakin konstitusiya hüquqşünası deyil. O keçmiş Türkiyə Kommunist Partiyasının üzvüdür. Yəni sol genelekden gələn bir şəxsdir. İndi isə Mehmet Uçum Türkiyənin daxili və xarici problemlərinin davam etdiyi bir vaxtda Rəcəb Tayyib Ərdoğanın yenidən prezident seçilməsinin vacibliyini vurğulayır. Uçum bəzən Rəcəb Tayyib Ərdoğanı tərif edərkən həddindən artıq fikirlər bildirir. Türkiyə Respublikasının Konstitusiyasına görə məclis erkən seçki qərarı alarsa, Ərdoğan yenidən prezidentiyə namizəd ola bilər. Lakin prezidentin özü vaxtından əvvəl seçki qərarı alarsa, yenidən naziməd ola bilməz. Məclisdə bu qərarın alınması üçün mütləq CHP-nin dəstəyinə ehtiyacı olacaq. CHP isə bildirib ki, ərkən seçim qərarı almaq istəyirsinizsə, indi qərar qəbul edək. Əgər seçimlərə bir ilə qala erken seçimlərə gedilərsə, CHP buna dəstək verməyəcək. Ona görə AK Parti hazırda çətin durumdadır. Digər tərəfdən isə konstitusiyanın dəyişdirilməsi halında Rəcəb Tayyib Ərdoğanın seçkilərdə namizəd olması mümkündür. Lakin konstitusiyanın dəyişdirilməsi real görünmür”.
Seçilən
6
sherg.az

1Mənbələr