AZ

Rusiya və Suriya Silahlı Qüvvələri 400-dən çox terrorçunu məhv edib



Son bir neçə saat ərzində Rusiya və Suriya hərbçiləri Suriya ərazisində 400-dən çox terrorçunu məhv edib. RİA Novosti bu barədə Suriya Ordusunun Ali Komandanlığının bəyanatına istinadən xəbər verir.Keçən həftə sonu Suriya hökumət qüvvələrinə qarşı döyüşən islamçı qruplaşmaların yaraqlılarının Hələbin mərkəzinə çatdığı barədə məlumatlar yayılıb. KİV-in məlumatına görə, Rusiya aviasiyası Suriya Hərbi Hava Qüvvələrinin dəstəyi ilə yaraqlılara zərbələr endirməyə başlayıb.
Rusiya Silahlı Qüvvələrinin nümayəndəsi Oleq İqnasyuk terrorçu qruplaşmaların və radikal birləşmələrin Hələb və İdlib əyalətlərində Suriya qüvvələrinin mövqelərinə qarşı birgə hücuma keçməsi nəticəsində Suriyada vəziyyətin pisləşdiyini bildirib.
Suriya Ordusu Ali Komandanlığından verilən yeni açıqlamada dəqiq zərbələr nəticəsində bir neçə yüz terrorçunun məhv edildiyi vurğulanır. Hərbi bəyanatda vurğulanır ki, məhv edilən yaraqlılar arasında əcnəbilər də var.

aia.az
Tərcümə şöbəsi



Seçilən
94
5
aia.az

10Mənbələr