2024-cü ilin payızı Azərbaycan futbolu üçün acınacaqlı alınıb.
İdman.biz xəbər verir ki, futbolumuzun siması olan milli komandalar ili fiasko ilə başa vurublar.
Həm kişi, həm qadınlardan ibarət əsas yığmalar, həmçinin U-21 adətləri üzrə azarkeşləri növbəti dəfə məyus edib. 17 və 19 yaşadək futbolçulardan ibarət komandaların aqibəti daha acınacaqlı olub.
U-17 və U-17 adətən ölkə futbolunun sabahı anlamına gəlir. Bizim yığmaların nəticələri isə yalnız “sabah olmayacaq” kimi ifadə edilə bilən bədbinlik bəxş edir.
Kişi və qadın futbolçulardan ibarət U-17 və U-19 Avropa çempionatının seçmə mərhələsində biabırçı nəticələrlə yadda qalıb. İlk belə matça oktyabrın 30-da çıxan təmsilçilərimiz 34 gün ərzində 11 seçmə oyunu keçirib.
Bu qarşılaşmalardan yalnız ikisində heç-heçəyə sevinən futbolçularımız 9 dəfə uduzublar. Məğlubiyyətlərdən 8-i böyükhesablı alınıb ki, onlar arasında 0:8, 0:10 kimi biabırçı nəticələr də olub.
34 gün ərzində buraxılan qolların sayı isə simmetriya təşkil edir – 43 qol. Bu qolların əvəzində isə cəmi 3 dəfə fərqlənən yığmalarımız payızı ümumi 3:43 hesablı məğlubiyyətlə bitirib.
Qadın milliləri daha uğursuz olub. 5 oyunda 5 məğlubiyyət alan iki komanda qola da həsrət qalıb və 27 top buraxıb. Bunlardan 13-ü U-17, 14-ü U-19-un payına düşüb. Amma sonuncular iki deyil, üç qarşılaşmaya çıxıblar.
Kişilərdən ibarət komandalarımız vurulan 3 qolun əvəzində 16-sını buraxıb. U-19 iki, U-17 bir dəfə fərqlənibsə, hər ikisi 8 qola üzülüb.
30 oktyabr. U-17 (qızlar). Serbiya – Azərbaycan – 10:0
2 noyabr. U-17 (qızlar). Azərbaycan – Lüksemburq – 0:3
13 noyabr. U-19. Azərbaycan – İslandiya – 0:2
13 noyabr. U-17. Macarıstan – Azərbaycan – 4:0
16 noyabr. U-19. İrlandiya – Azərbaycan – 4:0
16 noyabr. U-17. Yunanıstan – Azərbaycan – 3:0
19 noyabr. U-19. Moldova - Azərbaycan – 2:2
19 noyabr. U-17. Azərbaycan – Rumıniya – 1:1
26 noyabr. U-19 (qızlar). İsveçrə - Azərbaycan – 8:0
29 noyabr. U-19 (qızlar). Estoniya - Azərbaycan – 3:0
2 dekabr. U-19 (qızlar). Azərbaycan – Kipr – 0:3
Vüqar Xeyrullayev
İdman.biz