AZ

Turistlərin Azərbaycanda ən çox pul xərclədiyi sahələr - Siyahı

Cari ilin yanvar-oktyabr aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin turizm məqsədilə çəkdikləri xərclərin həcmi 2 milyard 874 milyon 444 min manat olub.

Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, Azərbaycana səfər etmiş turistlərin əsas xərci nəqliyyat xərcləri olub. Belə ki, turistlər bu dövrdə nəqliyyata 1 milyard 302 milyon 68 min manat pul xərcləyib. İkinci ən əsas xərc isə yerləşmə xərcləri olub ki, bunun da həcmi 587 milyon 718 min manat təşkil edib.

10 ayda turistlər Azərbaycanda qidalanmaya 538 milyon 20 min manat, mədəniyyət sahəsinə 12 milyon 460 min manat, turizm zərfinin alınmasına isə 1 milyon 245 min manat xərcləyiblər.

O cümlədən, turistlər bu dövrdə nəqliyyat vasitələrinin icarəyə götürülməsi üçün 3 milyon 715 min manat, idman və əyləncə xidmətləri üçün 14 milyon 694 min manat, 308 milyon 436 min manat xərcləyiblər.

Əvəz Həsənov

Seçilən
42
valyuta.az

1Mənbələr