“Mançester Siti”nin yarımmüdafiəçisi Kevin De Bruyne İspaniyaya köçə bilər.
Msport.az xəbər verir ki, Belçika millisinin üzvü “Barselona”ya keçməyə yaxın görünür.
Ulduz futbolçu Səudiyyə Ərəbistanından da sərfəli təkliflər alıb. Lakin o, Avropada qalmağı planlaşdırır. 33 yaşlı pleymeyker kataloniyalıların formasını geyinməyə müsbət yanaşır. Lakin hər şey danışıqların gedişindən asılı olacaq.
Qeyd edək ki, Kevin De Bruyne bu mövsüm cəmi 11 oyunda iştirak edib, 1 qol, 1 assistlə yadda qalıb.