"Qalatasaray"ın futbolçusu Mauro İkardi karyerasını Argentinada davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə "Cadena3" məlumat yayıb.
Mənbəyə görə, təcrübəli hücumçu "River Pleyt"in diqqət mərkəzindədir. Forvardın keçidə müsbət yanaşdığı bildirilir. Cənubi Amerika təmsilçisinin yanvarda rəsmi danışıqlara başlayacağı gözlənilir.
Mauronun İstanbul klubu ilə müqaviləsinin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub.