AZ

Qərb Gürcüstanda da sözəbaxan hakimiyyət istəyir - Rəşad Bayramov

Yazını böyüt
Yazını kiçilt

“Gürcüstanda baş verənlər gözlənilən idi. Çünki seçkilərdən əvvəl, nəticələrdən asılı olaraq müxalif qüvvələrin etirazlara qalxacağı planlaşdırılırdı”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Gürcüstanda parlament seçkilərindən sonra siyasi proseslərin gedişi, xüsusilə Qərbdən idarə olunan müxalifətin seçkilərin nəticələrinin ləğv olunması və yeni seçkilərin keçirilməsinə yönəlmiş fəaliyyəti ilə bağlı cərəyan edən prosesləri təhlil edərkən bildirib.

R.Bayramov qeyd edib ki, etirazların olacağı ilə əlaqədar Gürcüstan hakimiyyəti dəfələrlə mövqe ortaya qoyub. O, bu kontekstdə Gürcüstan baş nazirinin "müxalifət seçkilərə deyil, seçkidən sonrakı vəiyyətə hazırlaşır” fikirlərini xatırladıb.
“Əslində gözləntilər özünü doğrultdu. Seçkilərdən dərhal sonra aksiyaların şahidi olduq. Müxalifətin seçkilərin nəticələrindən sonra növbəti bəhanəyə ehtiyacı var idi. Nəticə etibarilə Gürcüstan hakimiyyətinin Avropa İttifaqına üzvlüyü 2028-ci ilə qədər dondurması qərarı faktiki olaraq müxalif qüvvələrin yenidən meydana tökülməsinə zəmin yaratdı. Bu, Avropa Parlamentinin Gürcüstanda seçkilərin nəticəsini tanımaması və hakimiyyətin ayrı-ayrı rəsmilərinə sanksiya tələblərindən sonra baş versə də, müxaifət bütün hallarda meydanlara çıxacaqdı”.

R.Bayramov bildirib ki, baş verənlər Qərbin Gürcüstanı özünə ram etməsi və Ermənistanda olduğu kmi sözəbaxan mühiti formalaşdırmaq istəyindən qaynaqlanır.

“Qərb bunu gizlətmir. Borelin Avropa İttifaqı tərəfindən “Gürcüstana, gürcü xalqının azadlığına mübarizəyə dəstək məqsədi” ilə 120 milyon dollar vəsaiti ayrıcağını bəyan etməsi və USAİD kimi təşkilatların külli miqdarda maliyyə vəsaitləri ayrılması 30 illik müddət ərzində Gürcüstanda formalaşmış Qərbdən asılı sektoru həvəsləndirib”.

Politoloq Gürcüstanda baş verənlərin Azərbaycan tərəfindən diqqətlə izləndiyini bildirib.

“Çünki Gürcüstan Azərbaycanın strateji müttəfiqi, bir çox beynəlxalq layihələrdə pay sahibidir. Gürcüstanda çoxlu sayda soydaşlarımız yaşayırlar. Eləcə də Gürcüstanda baş verənlər Qərbin Cənubi Qafqaz siyasətinin tərkib hissəsidir. Ermənistandan sonra Gürcüstanın da mövqelərinin möhkəmlənməsi növbəti mərhələdə Azərbaycana da təzyiqləri artıracaq. Gürcüstanda parçalanma göz önündədir. Gürcüstan hakimiyyəti ciddi addımlar atmalıdır. Avropa İttifaqının Gürcüstana vizasız gediş-gəlişinin ləğvi də gündəmdədir. Bu da hazırda Avropada işləyən Gürcüstan iş adamlarının ölkəyə axınını gücləndirəcək və onların müxalifətə qoşulacağı sirr deyil. O baxımdan Gürcüstan hakimiyyəti konkret addımlar atmalıdır”.

Seçilən
6
hafta.az

1Mənbələr