Rusiyanın Soçi şəhərində təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün növbəti yoldaşlıq görüşünü keçirəcək.
Doğru.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv ikinci dəfə Rusiya yığması ilə qarşılaşacaq. “Soçi” klubunun məşq bazasında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.
Matçı Tacikistandan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, millimiz Rusiya ilə keçirdiyi ilk görüşdə 0:1 hesabı ilə məğlub olub.
DOĞRU.AZ