AZ

Oksford lüğəti ilin sözünü seçib

Oksford İngilis Dili Lüğəti 2024-cü ilin ən populyar sözünü açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, ilin sözü "beyin çürüməsi" ("brain rot") ifadəsi olub. Bu söz sosial mediadan lazımsız istifadəni əks etdirir.

Sosial media əsrində yeni məna kəsb edən 170 illik bir anlayış olan beyin çürüməsi 2024-cü il üçün Oksfordda 2024-cü ilin sözü seçilib.

Lüğət "beyin çürüməsi"ni belə izah edib: 

"Əsasən trivial və ya primitiv hesab edilən materialın (xüsusilə onlayn kontent) həddindən artıq istehlakının nəticəsi kimi qəbul edilən zehni və ya intellektual vəziyyətin güman edilən pisləşməsi".

Bu söz 37 mindən çox insanın səsi ilə seçilib. İngilis dilində ilk dəfə 1854-cü ildə Henry David Thoreau tərəfindən istifadə edilmişdir.

Oksford Dillər şöbəsinin rəhbəri Kasper Qratvol dedi: 

""Beyin çürüməsi" sözü virtual həyatın qəbul edilən təhlükələrinə və insanların boş vaxtlarından necə istifadə etmələrinə aiddir".

Seçilən
16
cebheinfo.az

1Mənbələr