Bələdiyyə seçkiləri 118 seçki dairəsində keçiriləcək.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, 685 bələdiyyə üzrə 118 dairədə səsvermə keçiriləcək: “Şübhəsiz ki, növbəti bələdiyyə seçkiləri bütün dairələrdə keçiriləcək”.
Qeyd edək ki, Azərbaycanda 125 seçki dairəsi var.
M. Pənahov gələn il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində seçiləcək bələdiyyə üzvlərinin sayını açıqlayıb.
MSK sədri deyib ki, 685 bələdiyyə üzrə 8071 bələdiyyə üzvü seçiləcək.
İndiyə qədər 9 nəfərin bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülüb.
Həmin namizədlər 6 seçki dairəsində irəli sürülüb.