Qvineyanın ikinci böyük şəhəri olan Nzerekoredə futbol oyununda azarkeşlər arasında baş vermiş qarşıdurmada 100-ə yaxın adam həlak olub.
Arena.az bu barədə “Barron’s” dərgisinin məxfi mənbələrə istinadı əsasında məlumat verir.
Həkimlərdən birinin sözlərinə görə, münaqişədə 100-ə yaxın adam ölüb, yerli xəstəxana və meyitxananı cəsədlərlə doldurublar:
“Xəstəxanada cəsədlər gözün görə biləcəyi qədər sıra ilə düzülüblər. Digərləri dəhlizlərdə yerdə uzadılaraq sıralanıblar. Meyitxana doludur”, – həkim faciəvi mənzərəni təsvir edib.
Məlumata görə, hadisəyə səbəb hakimin qırmızı vərəqə göstərməsi və daha sonra komandalardan birinin qapısına penalti təyin etməsi, bundan sonra azarkeşlər arasında başlamış kütləvi dava-dalaşın yol açıdığı böyük münaqişədir.
Polis tərəfləri ayırmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Bundan qurtulmaq istəyən azarkeşlər stadiondan qaçıb çıxmağa çalışıblar və nəticədə çıxışlarda tıxac yaranıb. Çoxları gözyaşardıcı qazadan boğularaq və ya küçəyə çıxmaq istəyərkən stadionun divarlarından uçub yıxılaraq həlak olublar.
Oyunun Qvineya üsyançılarının lideri polkovnik Mamadi Dumbuyanın şərəfinə keçirilən yarışın bir hissəsi olduğu bildirilir. Digər təfərrüat açıqlanmır.