Bakı. Trend:
Azərbaycanın həyata keçirdiyi hücum diplomatiyasının əsashədəflərindən biri də Ermənistanın müxtəlif beynəlxalqplatformalarda ifşası, müharibə cinayətlərinin dünyaictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Rəsmi İrəvanın vəhavadarlarının qarayaxma kampaniyasının qarşısının alınması, yenigeosiyasi reallıqların beynəlxalq ictimaiyyətə izah olunmasıistiqamətində ardıcıl, sistemli və qətiyyətli siyasətyürüdülür.
Bu istiqamətdə mühüm addımlardan biri də Ermənistanın ağırmüharibə cinayətləri ilə əlaqədar beynəlxalq məhkəmələrə müraciətolunması, beynəlxalq platformalarda ifşa edilməsidir. Rəsmi Bakınoyabrın 19-da Haaqada yerləşən Daimi Arbitraj MəhkəməsinəAzərbaycanın enerji resursları üzərində suveren hüquqlarınınErmənistan tərəfindən çoxsaylı pozuntuların təfərrüatlarını əksetdirən əsas iddia sənədini təqdim edib. XİN-nin məlumatına əsasən,sənəd Enerji Xartiyası Müqaviləsi çərçivəsində və beynəlxalqhüququn əsas prinsiplərinə uyğun olaraq təqdim edilib.
Sənəddə qeyd olunur ki, Ermənistan Azərbaycanın beynəlxalqsəviyyədə tanınmış ərazilərinin otuz ilə yaxın qanunsuz işğalızamanı ölkəmizin bu ərazilərdə öz enerji resurslarına çıxışına,onların inkişaf etdirməsinə mane olub. Qarşı tərəfin onilliklərərzində Azərbaycanın bərpa olunan enerji layihələrinə çıxışına vəya onlardan faydalanmasına mane olmasını xüsusi qeyd etmək olar.Bunlara əvvəllər işğal olunmuş Ağdərə rayonundakı Sərsəng SuAnbarında yerləşən Tərtər Su Elektrik Stansiyası, İranla sərhəddə,Azərbaycanın keçmiş işğal olunmuş Cəbrayıl rayonunda yerləşənXudafərin və Qız Qalası su elektrik stansiyaları layihələri,həmçinin əvvəllər istifadə olunmamış enerji potensialı, hidroenerjimənbələri, habelə digər resurslar daxildir.
Ermənistanın dağ-mədən sənayesi bu gün də Azərbaycanın ekolojimühitinə ciddi mənfi təsir göstərir. Ermənistanın iri mədənmüəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalıkombinatının yüksək kimyəvi tərkibli istehsalat suları uzunmüddətdir ki, transsərhəd Oxçuçayı intensiv şəkildə çirkləndirir.Bu faktlar göstərir ki, Ermənistanın qanunsuz fəaliyyəti təkcəAzərbaycanın deyil, ümumi regionun ekoloji mühiti üçün təhlükəmənbəyinə çevrilib.
Xatırlataq ki, COP29 çərçivəsində Ermənistanın mina terrorununfəsadlarının xüsusi qabardılması da ölkəmizin üzləşdiyi problemindünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətli olub.Ermənistan beynəlxalq hüquq normalarını pozaraq, 30 ilə yaxınmüddətdə işğal altında saxladığı ərazilərdə təkcə təmas xəttinəyaxın əraziləri deyil, ümumilikdə bütün rayon və şəhərləri,strateji əhəmiyyətli yüksəklikləri minalayıb. Piyadalar ƏleyhinəMinaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniya – KasetliSursatlar Koalisiyasının məlumatına əsasən, Azərbaycan minalanmasayına görə dünyanın ilk 10 ölkəsi sırasındadır.
Ermənistanın minaladığı ərazilərin tam və dəqiq xəritələrinihələ də Azərbaycana verməməsi bu ölkənin beynəlxalq hüquqa ziddmövqe tutduğunu təsdiqləyir. Qarşı tərəfin qanunsuz addımlarıAzərbaycanda və regionda ekoloji tarazlığı pozmaqla yanaşı,insanların dinc və təhlükəsizlik şəraitdə yaşamalarına, doğmayurdlarına daha tez zamanda dönmələrinə, infrastrukturun sürətlibərpasına mane olur.
Beynəlxalq məhkəmələrlə yanaşı, ölkəmiz müxtəlif təşkilatlarçərçivəsində də fəal iş aparır, Ermənistanın müharibəcinayətlərinin dünya ictimaiyyətinini diqqətinə çatdırır.Ermənistanın Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-əyaxın azərbaycanlının taleyinə aydınlıq gətirməkdən boyun qaçırmasıilə əlaqədar beynəlxalq təşkilatlara edilən müraciətlər səmərəsiniverir. Ölkəmizin bununla bağlı təqdim etdiyi “İtkin düşmüş şəxslər”adlı qətnamənin 2024-cü il 15 noyabr tarixində BMT BaşAssambleyasının 3-cü komitəsi tərəfindən qəbulu bu baxımdan xüsusiqeyd edilməlidir. Qətnamədə insanların itkin düşməsinin onlarınailələrinin ağır iztirablarına və insan haqları pozuntularına səbəbolması vurğulanır. Qətnamə dövlətləri insanların itkin düşməsininqarşısını almaq, itkin düşmə səbəblərini düzgün şəkildə araşdırmaqvə itkinlərin taleyini aydınlaşdırmaq üçün bütün lazımi tədbirlərigörməyə çağırmaqla yanaşı, itkin ailələrinə dəstəyin verilməsi vəonlarla əməkdaşlıq kimi vacib məqamlara toxunulur.
Qətnamənin dəstəkləyən ölkələr bu həqiqəti qəbul ediblər ki,Ermənistan silahlı qüvvələrinin və terrorçu birləşmələrinin BirinciQarabağ müharibəsində ərazilərimizin işğalı zamanı əsas hədəfi məhzdinc insanlar – mülki əhali olub. Ermənistan 90-cı illərinəvvəlində əsir və girov götürdüyü ölkə vətəndaşlarından 1480nəfərini azad etsə də, digər əsirlərin taleyi ilə bağlı məlumatlarıgizlədib. Qarşı tərəfin bunda məqsədi yol verdiyi müharibəcinayətlərini gizlətmək, beynəlxalq ictimaiyyətin qınaqlarındanyayınmaqdır. Halbuki, İkinci Qarabağ müharibəsindən sonrakımərhələdə isə itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi,kütləvi məzarlıqların yerinin bildirilməsi Ermənistan-Azərbaycanmünasibətlərinin normallaşdırılması, etimad quruculuğu və barışıqbaxımından vacib addımlar olardı.
İşğalın səbəb olduğu itkinlər mövzusunun son 3 ildə aparılandanışıqlar prosesinin gündəliyində yer alması Ermənistan silahlıqüvvələrinin törətdiyi insanlıq əleyhinə cinayətlərin araşdırılmasıistiqamətində əməli addımların atılmamasının nəticəsidir.
MTM Analitik Qrup