AZ

Oyun vaxtı ürəyi dayanan futbolçunun son durumu açıqlandı

İtaliya A Seriyasının 14-cü turunun yarımçıq qalan "Fiorentina" - "İnter" matçında ev sahiblərinin huşunu itirən yarımmüdafiəçisi Edoardo Bovenin hazırkı durumu açıqlanıb.

Publika.az xəbər verir ki, italiyalı jurnalist Canluka Di Marzio 22 yaşlı futbolçu ilə bağlı məlumat yayıb.

“Edoardo Bove reanimasiyaya yerləşdirildiyi və farmakoloji sedasyon altında olduğu xəstəxanada keçirdiyi gecə ərzində yaxşı istirahət edib. O, səhər ekstubasiya edilib. Hazırda şüurludur və suallara cavab verir. Nevroloji və ürək lezyonları istisna olunur.

Bove göz altındadır. Yaxın vaxtlarda onun durumu barədə rəsmi məlumat verəcək”, – deyə Di Marzio bildirib.

Qeyd edək ki, oyunun 16-cı dəqiqəsində "Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bovenin ürəyi dayandığı üçün meydanda yerə yıxılıb. Bundan sonra hər iki komandanın həkim briqadaları futbolçuya tibbi yardım göstərməyə başlayıblar. Daha sonra Bove xərəkdə təcili yardım maşınına aparılıb. Baş hakim isə matçın bitdiyini açıqlayıb.

Seçilən
227
publika.az

1Mənbələr