Bakı.Trend:
Ölkəmizdə keçiriləcək bələdiyyə seçkilərinə xaricdən heç birmüşahidəçi dəvət edilməyəcək.
Trend xəbərverir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovkomissiyanın bu gün keçirilən iclasında deyib
O bildirib ki, əgər MSK-ya bu barədə özləri müraciət etsələr, bubarədə qərar qəbul olunacaq:
"Amma kim bizə müraciət ünvanlayacaqsa, qəbul edəcəyik. Lakinbiz özümüz xaricdən müşahidəçi dəvət etməyəcəyik. Çünki bələdiyyəseçkiləri daxili məsələdir", - deyə sədr qeyd edib.
Qeyd edək ki, Azərbaycanda bələdiyyə seçkiləri 2025-ci ilyanvarın 29-na təyin olunub.