Bakı. Trend:
Azərbaycan Texniki Universiteti (AzTU) ilə Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX)arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Trendxəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyiməlumat yayıb.
Bildirilib ki, məqsəd informasiya təhlükəsizliyi və fərdiməlumatların mühafizəsi, həmçinin sosial şəbəkələrdən istifadəqaydaları üzrə ictimai məlumatlılığın artırılması istiqamətindəbirgə fəaliyyətin təşkil edilməsidir.
Memoranduma əsasən, ETX tələbələr üçün bilik mübadiləsisessiyaları, maarifləndirici tədbir və təlimlər təşkil edəcək.
Həmçinin xidmət nümayəndələrinin universitet tərəfindən təşkilediləcək tədbirlərdə qonaq spiker qismində çıxış etmələri nəzərdətutulur.