AZ

"Suriyadakı hadisələri xarici müdaxilə ilə izah etmək yanlış olar"

"İndiki mərhələdə Suriyadakı hadisələri hər hansı bir xarici müdaxilə ilə izah etməyə çalışmaq yanlış olar".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Hakan Fidan Abbas Ərakçi ilə birgə mətbuat konfransında deyib.

Hakan Fidan bildirib ki, vətəndaş müharibəsinin davam etməsini, şəhərlərin bombalarla dağıdılmasını, insanların didərgin düşməsini istəmirlər: "Tezliklə Astana prosesini yenidən aktivləşdirəcəyik. Son hadisələr bir daha göstərir ki, Dəməşq öz xalqı və qanuni müxalifətlə güzəştə getməlidir".

Seçilən
13
operativmm.az

1Mənbələr