Cari ilin yanvar-oktaybr aylarında Azərbaycana xarici ölkələrdən 129 milyon 165 min ABŞ dolları dəyərində müxtəlif ərzaq məhsulları gətirilib.
Valyuta.az rəsmi məlumatlara istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyon 265 min ABŞ dolları çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 126 milyon 900 min ABŞ dolları dəyərində idi.
Bu dövrdə Azərbaycandan xarici ölkələrə 3 milyon 22 min ABŞ dolları dəyərində müxtəlif ərzaq məhsulları satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14 min dollar çoxdur. Ötən ilin eyni dövründə bu məbləğ 3 milyon 8 min dollar olub.
Hesablamalardan göründüyü kimi, xaricdən alınan müxtəlif ərzaq məhsulları, satışı 126 milyon 143 min dollar və ya 42,7 dəfə üstələyir.
Əvəz Həsənov