Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmi noyabrda bir qədər də azalıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, oktyabrın sonunda 11 milyard 372 milyon dollar olan ehtiyatların həcmi noyabrın sonunda 10 milyard 968 milyon dollara düşüb. Bir ay ərzində ehtiyatlar daha 404 milyon dollar azalıb.
AMB-nin ehtiyatları oktyabrda da azalmışdı. Oktyabrda ehtiyatlarda azalma 424 milyon dollar təşkil etmişdi. Son iki ayda AMB-nin ehtiyatlarında 828 milyon dollar azalma qeydə alınıb.
Qeyd edək ki, ehtiyatların azalmasının səbəbi xarici valyutaya tələbin güclənməsi ilə bağlıdır. AMB tələbi qarşılamaq üçün ehtiyatlarının bir hissəsini satıb.
Vasif
Sfera.az