Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Filologiya fakültəsinin müəllimi Qəmər Alxanova, Məkətəbəqədər təhsil faükltəsinin müəllimi Günay Bədəlzadə, İbtidai təhsil fakültəsinin müəllimi Günel Məmmədova və İncəsənət və fiziki tərbiyə fakültəsinin müəllimi Gülnaz Atakişizadə Erasmus+ mübadilə proqramı çərçivəsində 25-29 noyabr tarixlərində Türkiyənin Bartın Universitetində tədris prosesində iştirak ediblər. 5 gün davam edən mobillikdə müəllimlər öz ixtisasları üzrə 8 saat dərs tədris edib, universitet və fakültə ilə tanış olublar.
Qeyd edək ki, mobillik Türkiyənin Bartın Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında Erasmus+ proqramı çərçivəsində (Fəaliyyət 1) akademik əməkdaşlıq, tələbə-müəllim mobilliyi həyata keçirmək və təcrübə mübadiləsi məqsədilə 2022-ci ildə imzalanmış müəssisələrarası müqavilə əsasında təşkil edilib.