AZ

Taksi sürücüləri etiraz aksiyasıkeçirdilər

Bişkekdə 50 taksi sürücüsü "Yandex Taxi"nin ofisinin qarşısında etiraz aksiyası keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.

Aksiya iştirakçıları Bişkekin mərkəzində yerləşən “Yandex Taxi”nin baş ofisinə gələrək, toplayıcı komissiyayadan 21 faizlik endirim tələb ediblər. Şəxsi nəqliyyat sürücüləri hesab edir ki, şirkət əsassız olaraq faizləri şişirdir.

Xatırladaq ki, daha əvvəl “Yandex Taxi” xidməti Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DTX) ölkədə vergidən yayınması ilə bağlı iddialarını qəbul etmirdi. Onlar bildirirdi ki, şirkət Qırğızıstan qanunvericiliyinə tam uyğun fəaliyyət göstərir və xəzinədarlığa vergi ödəyir.

Hazırda Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsi ölkənin hüquq-mühafizə orqanlarının “Yandex.Taxi.Corp” MMC-nin və onun tərəfdaşlarının ofislərində xüsusilə irimiqyaslı vergidən yayınma işi kontekstində axtarışlar apardığını bildirib.

Sevinc İBRAHİMZADƏ

Seçilən
28
redaktor.az

1Mənbələr