"Hizbullah" atəşkəs razılaşmalarını pozduğuna görə, İsrail ordusu bu təşkilata məxsus avtomobillərinə hücum edib. Bu barədə İsrail mətbuatı məlumat verib.
"Bu əməliyyatlar çərçivəsində İDF (İsrail Müdafiə Qüvvələri) "Hizbullah" terror təşkilatına məxsus raket istehsalı ilə bağlı terror infrastrukturuna yaxın ərazilərdə fəaliyyət göstərən bir sıra hərbi avtomobillərə, həmçinin Suriyə və Livan arasındakı sərhədin yaxınlığındakı Əl-Harmələdə yerləşən obyektlərdəki hərbi avtomobillərə hücum edib. Bu obyektlər silah daşınması üçün istifadə olunub və İsrail Dövlətinə qarşı təhdid yaradırdı, razılaşmaları pozurdu.
Bir hücum zamanı Livan ordusunun bir hərbçisinin xəsarət aldığı iddiaları məlumdur, insident araşdırılır.
Bundan əlavə, İDF gün ərzində Cənubi Livan bölgəsində "Hizbullah" terror təşkilatının bir sıra döyüşçülərindən gələn təhlükəni aradan qaldırmaq üçün hücumlar həyata keçirib.
"İDF Cənubi Livanda yerləşir və İsrail Dövlətinə təhdid yaradan hər hansı bir təhlükəyə qarşı fəaliyyət göstərir", — İDF-in mətbuat xidməti bəyan edib.
N.Təbrizli
www.anews.az