AZ

Siyarto: Ukraynadakı münaqişənin həlli üçün səylər gücləndirilməlidir

Ukraynada eskalasiya riskinin artması səbəbindən vəziyyətin nizamlanması üçün səylər gücləndirilməlidir.

Bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib .

O qeyd edib ki, həmin gün Ukraynadakı münaqişənin həlli üçün Macarıstanın sülhməramlı missiyasının tərkibində paytaxta gəlib.

"Son min gün sübut etdi ki, bu döyüş meydanında həlli yoxdur, ona görə də buna yalnız danışıqlar yolu ilə son qoymaq olar və diplomatik kanallar danışıqlar üçün açıq olmalıdır", - Siyarto deyib.

Görüş Macarıstan XİN rəhbərinin Facebook sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

Seçilən
21
aznews.az

1Mənbələr