AZ

Nədən maqnit qasırğası insanın səhhətini pisləşdirir və bunun qarşısını necə almaq olar?

 
"Təbiətin insana təsir edən fiziki hadisələrindən yan keçmək olmaz, əsas vəzifəmiz digər stres amillərinin təsirini azaltmaqdır..."
 
Geomaqnit qasırğaları zamanı ürək xəstəlikləri kəskinləşir. Maqnit qasırğaları Yer sərthinə çatan elektromaqnit dalğaların artması ilə müşayiət edilir.
 
Moderator.az xəbər verir ki, bu barədə tibb elmləri namizədi Dmitri Gerasimenok danışıb. Məlumatı "tochka.by" nəşri yayıb.
 
Böyük miqdarda və güclü intensivlikdə olan belə elektromaqnit dalğalar insana təsir edir, çünki orqanizmin sistemlərində də elektrik cərəyanının iştirakı ilə reaksiyalar baş verir. 
 
Gerasimenok dəqiqləşdirib ki, mərkəzi sinir sistemi ən çox elektrik qarşılıqlı əlaqə ilə zəngindir.
 
"Ona görə də elektromaqnit qasırğalar ilk növbədə mərkəzi sinir sisteminə təsir edir. Pasiyentin psixoemosional vəziyyətinə təsir göstərərək, onda ruh düşkünlüyü, əsəbilik, yuxunun pozulması kimi əlamətlər baş qaldırır", - həkim izah edib.
 
Maqnit qasırğası daha nələrə təsir göstərir?
 
Elektromaqnit dalğalar həmçinin qan dövranı, tənəffüs, ürək döyüntülərinə cavabdeh olan avtonom sinir sisteminə təsir edir. Bu səbəbdən taxikardiya, damar tonusunun dəyişməsi ehtimal edilir.
 
"Qan daha qatı ola bilər. Bütün bunlar ürək-damar xəstəliklərinin kəskinləşməsinə gətirib çıxara bilər", - o, əlavə edib.
 
Maqnit qasırğaları zamanı tez-tez hipertonik krizlər baş verir, ürək ritminin pozulması ilə bağlı problemlər yaranır.
 
Maqnit qasırğası zamanı necə davranmalı?
 
Təbiətin insana təsir edən fiziki hadisələrindən yan keçmək mümkün deyil. Deməli, bizim əsas vəzifəmiz digər stres amillərinin təsirini azaltmaqdan ibarətdir. Maqnit qasırğaları zamanı orqanizm üçün maksimal əlverişli şəraiti təmin etmək gərəkdir.
 
"Bunun üçün yuxu rejimini nizama salmaq, qida rasionunda stres yaratmamaq, alkoqoldan, tərkibində çoxlu miqdarda qəhvə olan içkilərdən yan keçmək, daha çox istirahət etmək lazımdır", - həkim məsləhət edir.
 
Əgər güclü küləyin miqren tutmalarına sövq etdiyini bilirsinizsə, belə havada imkan daxilində evdə qalmaq məsləhətdir. Əgər orqanizm soyuğa qarşı dözümsüzdürsə, maksimal komfortlu temperatur rejimi yaratmaq, isti geyinmək və ya yenə də evdə qalmaq daha yaxşıdır.
 
Bütün tədbirlər orqanizmin ətraf mühitin dəyişikliklərinə uyğunlaşmaqdan yayındırılmamasına yönəldilməlidir.
Seçilən
8
moderator.az

1Mənbələr