AZ

Baltikyanı ölkələrdən Gürcüstan rəsmilərinə sanksiya

Baltikyanı ölkələr — Litva, Latviya və Estoniya Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişviliyə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, sanksiya Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri də daxil olmaqla ümumilikdə 11 nəfərə şamil edilib.

Sanksiyalara əsasən, həmin şəxslərin Litva, Latviya və Estoniyaya girişi qadağan edilib.

Qeyd edək ki, Baltikyanı ölkələr Gürcüstanda etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi haqqında razılığa ötən gün gəliblər.


Müəllif: Cəmilə Babayeva
Seçilən
16
14
teleqraf.com

10Mənbələr