AZ

"Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür" - Stoltenberq

“Regionda münaqişəyə son qoyulması üçün Ukraynanın müvəqqəti ərazi güzəştlərinə getməsi mümkündür”.

APA-nın məlumatına görə, bunu Almaniyanın “table.media” internet resursuna müsahibəsində NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq deyib.

O əlavə edib ki, Rusiyanın nəzarət etdiyi əraziləri yaxın müddətdə azad edəcəyi real görünmür.

Y.Stoltenberqin sözlərinə görə, atəşkəsin əldə olunmasından sonra Ukraynanın təhlükəsizlik zəmanətinə ehtiyacı olacaq:

“Bu isə yalnız rəsmi Kiyevin nəzarət etdiyi ərazi hüdudları daxilində mümkündür. Əgər atəşkəsdən sonra da Rusiya həmin əraziləri nəzarətində saxlasa, bu o deməkdir ki, Ukrayna həmin torpaqlardan imtina etməlidir”.

Seçilən
21
4
azpolitika.info

5Mənbələr