AZ

Avropalılar daha ABŞ-a güvənmir - Ümidləri puç oldu

Avropalıların ABŞ-a olan ümidləri puç oldu.

Publika.az xəbər verir ki, bu barədə köşə yazarı, siyasətçi Yasek Toxman Polşanın "Niezależny Dziennik Polityczny" nəşrindəki məqaləsində qeyd edib.

O hesab edir ki, Donald Trampın Ağ Evə qayıtması, NATO-nun genişlənməsi və ABŞ-ın Avropadakı hərbi kontingentinin artması yalnız Aİ ölkələrinin Rusiya ilə müharibəyə cəlb olunma riskini artırır.

Müəllif məqaləsinin əsas tezisini başlıqda qoyur: “ABŞ-ın Avropanı müdafiə etməsi reallıq deyil, blefdir!”

Bunu izah edən Toxman bildirir ki, ABŞ-da keçirilən prezident seçkilərinin nəticələri “gözümüzün qabağında ABŞ-a bəslənən ümidləri praktiki olaraq puça çıxarıb” və proqnozlaşdırır ki, “biz tezliklə ABŞ və Avropa arasında münasibətlərin fərqli tərəfini görəcəyik”.

Seçilən
29
publika.az

1Mənbələr