AZ

Azərbaycanda toy gecəsi gəlini ata evinə qaytardlar: Bəyə cinayət işi açıldı

Oğuz rayonunda toy gecəsi gəlinlə bəyin arasında yaşanmış hadisələrə görə cinayət işi açılıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, Şəki rayon sakini Vahidə Məmmədova (ad və soyadlar şərtidir) Oğuz rayon sakini Səxavət Yusifov barəsində məhkəməyə xüsusi ittiham qaydasında müraciət edib.

O, nişanlısı olmuş Səxavətin Cinayət Məcəlləsinin 147.1-ci, yəni böhtan maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsini tələb edib.

İş icraata qəbul edilib və araşdırma aparılıb. Şikayətçi qız bildirib ki, el adəti ilə Səxavətlə nişanlanıb, Şəkidə qız toyu, Oğuzda oğlan toyu keçirilib. Bu ilin 28 aprel tarixində keçirilən oğlan toyundan sonra Səxavət və qohumları Vahidəni Oğuzda yaşadıqları evə gətiriblər. Lakin gecə saatlarında Səxavət və ögey anası qızın bakirə olmadığını bildiriblər və onun atası evinə qayıtmasını tələb ediblər.

Tərəflər arasında ekspertiza keçirilməsi ilə bağlı, həmçinin barışıq əldə edilməsinə dair təkliflər baş tutmayıb.

Nəticədə tərəflər arasındakı ailə-qohumluq əlaqələri pozulub. Vahidə barəsində digər şəxslər arasında da söz-söhbətin yayılmasından sonra qız qarşı tərəfi məhkəməyə verib.

Oğuz Rayon Məhkəməsində keçirilən prosesdə Səxavət Yusifov bildirib ki, o, Vahidə barəsində heç bir söz danışmayıb. Təqsirləndirilən şəxs ögey anasının bakirəliklə bağlı digər şəxslərin yanında danışdığını bildirib.

Vahidə Məmmədova isə baş verənlərin onda psixoloji zədə yaratdığını, bakirəliklə bağlı deyilənlərin böhtan olduğunu deyib.

Məhkəmə baş verənlərə görə Səxavəti günahkar hesab edib və onun Cinayət Məcəlləsinin 147-ci maddəsinə əsasən cəzalandırılmasına qərar verilib. Hökmə əsasən Səxavət Yusifov qazancınınn 20 faizinin tutulması ilə 1 il islah işləri cəzasına məhkum edilib.

Seçilən
9
24
paytaxt.org

10Mənbələr