AZ

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Doğru.az-a verilən məlumata görə, noyabr ayının 27-də saat 17:30-da DSX Sərhəd Qoşunları Komandanlığının Göytəpə sərhəd dəstəsinin xidməti ərazisində keçirilən əməliyyat-qoşun tədbirləri nəticəsində ümumi çəkisi 79 kiloqram 450 qram narkotik vasitə (78 kiloqram 400 qram marixuana, 1 kiloqram 50 qram tiryək), 1000 ədəd narkotik tərkibli metadon M-40 və 30 ədəd Tamol-X 225 mg-Tramadol həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DOĞRU.AZ

Seçilən
5
32
dogru.az

10Mənbələr