“Moskva Ukraynada sülhün bərqərar olması üçün səmimi istəkdən irəli gələn nizamlanma təşəbbüslərini nəzərdən keçirməyə hazırdır”.
Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto ilə görüşü zamanı bildirib.
İndi müxtəlif qitələrdə müxtəlif dövlətlər tərəfindən irəli sürülən bir çox təşəbbüslər var ki, gördüyümüz kimi, sülhün bərqərar olması səmimi istəyi ilə diktə olunur. Və Macarıstanın Baş Naziri Viktor Orbanın son sülh yolu, Çin-Braziliya, Cənubi Afrika, Ərəb ölkələri təşəbbüsləri də daxil olmaqla, bir sıra digər təkliflər kimi bu cür vasitələrə nümunədir. Biz onların hamısını nəzərdən keçirməyə hazırıq”, - deyə rusiyalı nazir bildirib.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta