AZ

Almaniya kansleri Olaf Şoltz Kiyevə səfər edib

Almaniya kansleri Olaf Şolz baş nazir olduğu müddətdə regiona ikinci səfəri üçün bazar ertəsi Ukraynaya gedib.

Səfər Almaniya liderinin parlamentdən etimad səsverməsi tələb etməsindən bir neçə həftə əvvələ təsadüf edir. Onun etimad səsverməsini uduzacağı gözlənilir.

Səfər Rusiyanın Ukraynaya hücumlarının artdığı, gələn ilin fevralında keçiriləcək seçkilərdə onun hakimiyyətdən kənarlaşlıdırıla biləcəyi ehtimalının artdığı bir vaxta təsadüf edir.

Şolz səfəri zamanı Ukraynaya əlavə yardım paketi vəd edib və Almaniyanın müharibədən əziyyət çəkən ölkəyə 650 milyon avro dəyərində əlavə silah göndərəcəyini bildirib.

Qeyd edək ki, Almaniya lideri Ukraynaya münasibətinə görə son vaxtlar ciddi tənqid olunur. Bu, əsasən, Şoltz hökumətinin Kiyevə müharibədə istifadə etmək üçün güclü “Taurus” qanadlı raketlərini göndərməkdən imtina etməsi və bu addımın Almaniyanı münaqişədə rəsmi iştirakçıya çevirə biləcəyini bildirməsi ilə əlaqədardır.
Seçilən
14
sherg.az

1Mənbələr