AZ

Azərbaycandan bu ölkəyə bir kiloqramı 17 manata qarpız satılır

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan xarici ölkələrdən 8 min 968 ton miqdarında qarpız satılıb.

Azreform.info Valyuta.az-a istinadən xəbər verir ki, bu miqdarda məhsul ixracından əldə olunan gəlirin həcmi 4 milyon 237 min 670 ABŞ dolları təşkil edib.

İxrac olunan qarpızın bir kiloqramının orta qiyməti 47 sent (80 qəpik) təşkil edib. Ən bahalı qarpız satılan ölkə Səudiyyə Ərəbistanı olub. Belə ki, bu ölkəyə 10 min 140 kiloqram qarpız satılıb ki, bundan da 104 min 500 ABŞ dolları gəlir əldə olunub. Satılan qarpızın bir kiloqramının orta qiyməti 17 manat 8 qəpik təşkil edib. 

Azərbaycandan qarpız ixrac olunan ölkələr və satılan qarpızın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Bu dövrdə Azərbaycana xarici ölkələrdən 851,9 ton miqdarında, 559 min 150 ABŞ dolları dəyərində qarpız gətirilib. İdxal olunan qarpızın bir kiloqramının orta qiyməti 65 sent (1 manat 10 qəpik) olub. Ən bahalı qarpız aldığımız ölkə Çin olub. Belə ki, Çindən aldığımız qarpızın bir kiloqramının orta qiyməti 15 manat 30 qəpik təşkil edib.

Azərbaycana qarpız gətirilən ölkələr və alınan qarpızın qiyməti ilə aşağıdakı cədvəldən tanış ola bilərsiniz:

Seçilən
6
14
azreform.info

10Mənbələr