“Görünən odur ki, erməni məsələsi xaçlı zehniyyəti üçün hələ də lazımdır. Ona görə də Ermənistanda revanş ideyaları hələ vardır”.
Bunu hafta.az-a siyasi şərhçi Azər Hüseynov Ermənistanın silahlandırılması və bir sıra Qərb, Avropa dövlətlərinin təsiri, istəyi ilə regionda yeni müharibə hazırlıqlarının görülməsi ilə bağlı açıqlamasında bildirib. Onun sözlərinə görə, Ermənistanın varlığı bu gün anti-türk düşüncəsində olan bütün güclərə lazımdır. Hətta bu güclər bir-biri ilə digər məsələlərdə düşmən olsa da, hər birinin türk dövləti anlayışı ilə düşmənçiliyi vardır:
“Türk dövləti anlayışı”, dedikdə biz Türkiyə, Azərbaycan və yeni-yeni öz sözünü demək istəyən digər türk dövlətlərini nəzərdə tuturuq. Yunanıstan Osmanlı ilə Qərbin müharibəsi sonrası Bizansın süqutundan sonra ortaya çıxmış bir dövlətdir. Anadolu işğalında yer aldı, amma digərləri kimi geri yollandı. Fransa hər zaman erməni dostu olub. Lap Səlcuqlu dövlətindən bu yana”.
A.Hüseynov hesab edir ki, Azərbaycan öz qələbəsini qorumaq üçün türk dünyası inteqrasiyasını davam etməlidir.
“Bunun başqa alternativi yoxdur. Geosiyasi yerləşmə də bunu deyir. Eyni zamanda, region dövlətlərinin Ermənistanla uzaqlaşdırılması istiqamətində diplomatik iş aparmalı, silahlı qüvvələrini gücləndirməlidir. Xüsusi ilə Türkiyə ilə hərbi siyasi birgə fəaliyyəti davam etdirməlidir. Təbii ki, öz milli maraqları aspektindən digər region dövlətləri ilə də Ermənistanın məsafələnməsinə çalışmalıdır”.