AZ

Üsyançılar Hələbdə Əsədin “başı” ilə FUTBOL OYNAYIRLAR

Suriyada üsyançılar Əsəd rejiminin nəzarətində olan Hələb şəhərini ələ keçirib. Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Suriya Milli Ordusu (SMO) “Azadlıq Şəfəqi” əməliyyatınını davam etdirirlər.

News24.az musavat.com-a istinadla xəbər verir ki, Hələbdə nəzarəti tam ələ keçirən müxaliflər Bəşər Əsədin heykəllərini dağıdır, mülklərindən görüntülər çəkərək paylaşırlar.

Yayılan görüntülərdən birində müxalif əsgərlərin heykəlin başı ilə futbol oynadığı əks olunur.

Həmin görüntüləri təqdim edirik.



Seçilən
2
2
news24.az

3Mənbələr