AZ

Dekabrın 2-də Bakının Nəsimi Rayon Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin məhkəməsi zamanı saxlanılan fəallardan ikisini inzibati həbsə məhkum edib, 4 fəalı isə cərimə edərək sərbəst buraxıb.

AXCP sədrinin müavini Ayaz Məhərrəmli Amerikanın Səsinə deyib ki, fəallar İnizabti Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1 (poliosin qanuni tələbinə tabe olmamaq) maddələri ilə təqsirli bilinib.

Belə ki, Nəsimi Rayon Məhkəməsi AXCP fəalları  Rövşən Asvarovu 15 sutka, Mikayıl İsmayılovu 30 sutka inzibati həbsə məhkum edib. Fəallar Elçin Hacıvəlli, Elçin Nuruşov, Rövşən Rəhimov və  Rövşən Səfərov hər biri 200 manat olmaqla cərimə olunub.

Sədr müavinin dediyinə götə, hazıra daha bir neçə fəal, o cümlədən Ruslan Əmirov, Fuad Abdullayev və Elməddin Muradov Nəsimni Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsində  saxlanılır. Onların arasında xəsarət alanların olduğu bildirilir.

Öz növbəsində, Daxili İşlər Nazirliyi Turanın  insidentlə bağlı sorğusuna hələ cavab verməyib.

Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsi ilə təqsirli bilərək, onun 1500 manat cərimə edilməsi barədə hökm çıxarıb.

Seçilən
13
turan.az

1Mənbələr