AZ

Gürcüstan diplomatları Qərbin təzyiqləri altında istefa edir?..

Image

Tural İsmayılov: “Qərb öz idbar niyyətlərinə nail olmaq üçün diplomatlar üzərindən oyun qurmağa çalışır”  

Gürcüstanın ABŞ-dəki səfiri Davit Zalkaliani və  Niderland Krallığındakı səfiri David Solomonia istefa verib.

Səfirlər hakim “Gürcü Arzusu” partiyasının Aİ ilə üzvlük danışıqlarını 2028-ci ilin sonunadək dayandırmaq qərarına görə istefa verdiklərini açıqlayıblar.

David Solomonia istefa ərizəsində öz vəzifə borcunu vicdanla yerinə yetirdiyini qeyd edib: “İnanırdım ki, proseslərə müəyyən qədər də olsa təsir edə bilərəm. Bu gün bu ümid sona çatdı”.

Gürcüstanın daha bir səfiri hakim partiyanın Aİ ilə üzvlük danışıqlarını dayandırmaq qərarı ilə əlaqədar istefa verib. Bu, Gürcüstanın Litvadakı səfiri Salome Şapakidzedir ki, istefası barədə “X” platformasında məlumat paylaşıb.

Bununla da istefa verən səfirlərin sayı 3-ə çatıb. Bildirək ki, diplomatlarla yanaşı Gürcüstanın xarici işlər nazirinin müavini Teymuraz Cancaliya da sözügedən məsələlər fonunda istefa verib.

“Xarici dövlətlər Gürcüstanın başqa ölkələrdə fəaliyyət göstərən diplomatlarına təzyiq göstərir”.

Bu barədə açıqlama ilə Gürcüstan XİN çıxış edib.

Qurum Gürcüstan diplomatik xidmətinə edilən təzyiqi qəbuledilməz adlandırıb və bunu pisləyib.

Daha əvvəl bir neçə səfir öz vəzifəsindən istefa verdiyini bəyan etmişdi. 

Gürcüstanın Qərb ölkələrindəki səfirlərinə nə kimi təzyiqlər- təsirlər var? Onların istefasında bu amil nə rol oynayır?

Ekspertlər hesab edir ki, Gürcüstanda baş verənlər Qərbin növbəti oyunlarıdır ki, qonşu ölkədə  formalaşdırılmış şəbəkəni ayağa qaldırırlar, Avropadan gələn emissarlar bilavasitə prosesə nəzarət edir və vəziyyəti gərginləşdirmək üçün əllərindən gələni edirlər. Təsəvvür edin, bu şəbəkə o qədər təhlükəli vəziyyət alıb ki, bir sıra xarici ölkələrdəki Gürcüstan səfirlərinə belə təsir və təzyiq edə bilirlər. Ekspertlər qeyd edir ki, Qərbin antigürcü oyunlarını gürcü xalqı da, xaricdəki diplomatlar da, Avropaya meyl edən bəzi kəsimlər də anlamalıdır və oyuna getməkdən imtina etməlidirlər. 

“...Özəlliklə də Avropa ölkələrindəki səfirlərə qarşı Qərb kəşfiyyatı hətta ən ağlasığmaz böhtanlardan da...”

Siyasi ekspert Tural İsmayılov “Bakı-Xəbər”ə şərhində “Bu gün Qərbin bəlli imperialist dairələri Gürcüstana qarşı təzyiqləri ən yüksək həddə çatdırıb. Əslində, Gürcüstanda xarici agentlər haqqında qanun layihəsi, daha sonra Gürcüstan xalqının mütləq əksəriyyətinin “Gürcü arzusu” partiyasını növbəti dəfə iqtidara daşıması, əlbəttə ki, bəlli güc mərkəzlərinin Gürcüstanla bağlı ssenarilərini və planlarını alt-üst etmiş olur”-deyə bildirdi. 

T.İsmayılovun fikrincə, ona görə də, Gürcüstanda demokratiyanı, seçki hüququnu və digər məsələləri görməzdən gələrək xalqın seçimini kobud şəkildə tapdalayırlar və bu ölkədə keçirilən seçkilərin nəticələrini tanımaq əvəzinə ona qarşı bütün təzyiq və təhdid elemetlərindən istifadə etməyə çalışırlar. “Bu gün də görürük ki, Gürcüstanın hakim komandasını sıxışdırmaq üçün əllərindən gələni edənlər Gürcüstana qarşı bir media savaşı başlatmış vəziyyətdədirlər. Bu savaşda da özlərinə xas bütün üsullardan istifadə edərək vəziyyəti gərginləşdirməyə çalışırlar. Növbəti hədəfdə Gürcüstanın diplomatları, səfirləri var ki, Qərb öz idbar niyyətlərinə nail olmaq üçün diplomatlar üzərindən oyun qurmağa çalışır. Bu məqsədlə indi də Qərb ölkələrindəki səfirlərə qarşı təzyiqlər göstərib onları öz postlarından istefa verməyə məcbur etməyə çalışırlar. Hesab edirəm ki, özəlliklə də Avropa ölkələrindəki səfirlərə qarşı Qərb kəşfiyyatı hətta ən ağlasığmaz böhtanlardan da istifadə edə bilər ki, Gürcüstandakı vəziyyət daha da gərginləşsin, xaotik durum yaransın”-deyə T.İsmayılov qeyd etdi.

T.İsmayılovun qənaətinə görə, görsənən odur ki, Gürcüstanın xaricdəki səfirləri həmin dövlətlərin təzyiqi və təhdidi altında istefa qərarı verirlər

İradə SARIYEVA   





Seçilən
40
baki-xeber.com

1Mənbələr