AZ

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? (ŞƏRH)

İşsizlikdən Sığorta Fondunun 2025-cü il üçün büdcə layihəsinə görə, fondun gəlir və xərcləri bərabər olmaqla 260 milyon 700 min manat proqnozlaşdırılır. Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi aktiv sosial proqramların maliyyələşdirilməsinə yönəldilsə də, 17 milyon manat işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunacaq. Bu vəsaitin əmək müqaviləsi ilə çalışan və qanunla müəyyənləşdirilmiş hallarda iş yerlərini itirən vətəndaşlar üçün nəzərdə tutulduğu qeyd olunub. Bu gün ölkədə işləməyən, heç bir yerdən gəliri olmayan, xüsusi ilə də kənd yerlərində yaşayan vətəndaşların sayı daha çoxdur. 

Bəs, onlar üçün hansısa proqram nəzərdə tutulmayıb? 

Milli Məclisin deputatı Vüqar Bayramov Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu vəsait ancaq iş yerini itirən vətəndaşlar üçündür:



"İşsiz kimi qeydiyyata düşən vətəndaşlar üçün ayrıca bir müavinət var - işsizlik müavinəti. Onlar həmin müavinəti almaq üçün müraciət edə bilər. Uyğun və məşğulluqda qeydiyyata düşən və vətəndaşa uyğun iş yeri təklif oluna bilmirsə, o halda vətəndaş işsizliyə görə müavinəti almaq hüququna malikdir. Bunun üçün də məşğulluq xidmətlərində işsiz kimi qeydiyyata düşməyə ehtiyac var”. 
 
İqtisadçı Natiq Cəfərli isə vurğulayıb ki, kənd və rayon yerlərində yaşayanlar üçün sosial yardımlar nəzərdə tutulub:



"Sosial yardımlar ailə üzvlərinin sayına görə verilir. Orada da problem ondan ibarətdir ki, adına kiçik torpaq sahəsi olanlar belə sosial yardım verilmir. Bu ciddi problemdir. Çünkü öncədən araşdırılma aparılmalıdır. Əgər bu torpaq sahəsi vətəndaşa gəlir gətirirsə, ona sosial ödənişlər etməmək olar. Amma çox yerlərdə kimlərinsə adına kiçik torpaq sahəsi var. 90-cı illərdə verilib və heç bir gəlir gətirmir. Bu fakta görə kəndlərdə vətəndaşlara sosial yardım verilmir".

Natiq Cəfərli bunun çox ciddi problem olduğunu xatırladıb:

"Mənə elə gəlir ki, məhz bu məsələyə diqqət yetirilməlidir”.

Bahar Rüstəmli

Seçilən
20
5
qaynarinfo.az

6Mənbələr