AZ

Psixoloq yanına kimlər getməlidir?

Bu gün depresiyaya düşən, hər hansı bir işi alınmayan şəxs özündə psixoloji problem olduğunu düşünür və son çarə olaraq psixoloq üz tutur.

Maraqlıdır, psixoloq yanına kimlər getməlidir? 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, psixoloq pasiyentinə terapiyalar tətbiq edir, onun travmalarını aydınlaşdırır.

Diaqnozu müəyyənləşdirəndən sonra müalicə metodlarına baş vurur:

 “Bu gün hər kəsin öz dəyər sistemi var. Hər birimiz bir ailədə böyüyür və hərəmiz bir cür tərbiyə alırıq. Hər birimizin ətrafında müxtəlif tip insanlar olur və insan bəzən öz dəyər sistemi ilə digər insanların dəyər sistemini ölçmək istəyir. Psixoloq yanına istənilən şəxs gedə bilər. Əsasən, özündə güc tapa bilməyən, iradəsi zəif, özünə belə nəyisə etiraf etməyənlər gedə bilər. Psixoloq səni sənə tanıdır, bəzən özünü, dəyərlərini formalaşdırır. Özünü tənqid hissini formalaşdırır”.

Sevinc

Seçilən
33
hit.az

1Mənbələr