AZ

Ermənistan BCM ilə qarşılıqlı əlaqələri MÜZAKİRƏ ETDİ

Ermənistan BCM ilə qarşılıqlı əlaqələri müzakirə edib.

İnterpress.az xəbər verir ki, Ermənistanın xarici işlər naziri Mirzoyan Haaqaya işgüzar səfəri çərçivəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) sədri Akane ilə görüşüb.

Ermənistanda BCM-nin Roma Statutunun qüvvəyə minməsindən sonra İrəvan və məhkəmə arasında qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.

Mirzoyan Ermənistanın beynəlxalq hüquq normalarına riayət edilməsi və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu vurğulayıb.

2023-cü il oktyabrın 3-də Ermənistan parlamenti 2024-cü il fevralın 1-də ölkədə qüvvəyə minmiş BCM-nin Roma Əsasnaməsini ratifikasiya edib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
226
interpress.az

1Mənbələr