Tbilisidə hökumət əleyhinə növbəti mitinq keçirildi
Bir neçə min insan hökumət əleyhinə növbəti mitinq üçün Tbilisidə parlament binasına gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbiri aksiyanın keçirildiyi yerdən məlumat verib.
Nümayişçilər artıq qanunvericilik binasının yerləşdiyi Rustaveli prospektini bağlayıblar. Onların əllərində Gürcüstanın və Aİ-nin bayraqları, habelə hökumətin istefası və təkrar parlament seçkilərinin təyin edilməsi tələbi ilə bağlı plakatlar var. Mitinq başlamazdan əvvəl tələbələr parlament binasına doğru yürüş təşkil ediblər.