AZ

Şolz Ukraynaya silah daşınmasının davam edəcəyini açıqlayıb

Almaniya 2025-ci ildə Ukraynaya hava hücumundan müdafiə sistemləri, haubitsalar və döyüş helikopterləri də daxil olmaqla silah tədarükünü davam etdirəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz deyib.

“Biz hava hücumundan müdafiə sistemləri, haubitsalar, döyüş və kəşfiyyat pilotsuz təyyarələri, artilleriya sursatları və altı silahlı “Sea King” helikopterlərini tədarük etməyə davam edəcəyik”,-deyə Şolz bildirib.

Seçilən
10
operativmm.az

1Mənbələr