AZ

Ermənistan BCM ilə əməkdaşlığa hazır olduğunu bəyan edib

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Beynəlxalq Cinayət Məhkəməsinin prezidenti Tomoko Amane ilə görüşündə Ermənistanın beynəlxalq hüquq normalarını gücləndirmək üçün Beynəlxalq Cinayət Məhkəməsi (ICC) ilə əməkdaşlığa hazır olduğunu bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin saytında bildirilir.

“Nazir Mirzoyan Ermənistanın beynəlxalq hüquq normalarına riayət edilməsi və qanunun aliliyinin təmin edilməsinə yönəlmiş beynəlxalq əməkdaşlıq səylərində iştirak etməyə hazır olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.

Tərəflər həmçinin BCM-nin Roma Statutunun müddəalarına uyğun olaraq Ermənistan qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı məsələləri də müzakirə ediblər.

Seçilən
17
operativmm.az

1Mənbələr