AZ

Mbappe maaş borcuna görə Fransa Futbol Liqasına müraciət edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın "Pari Sen-Jermen" (PSJ) futbol klubunun sabiq hücumçusu Kilian Mbappe maaşlarının gecikdirilməsi ilə bağlı Fransa Peşəkar Futbol Liqasının (LFP) intizam komitəsinə müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə RMC agentliyi məlumat yayıb.
Bu iş üzrə məhkəmənin dekabrın 11-də keçiriləcəyi bildirilir.
Qeyd olunur ki, Mbappe PSJ ilə keçmiş müqaviləsinə görə ona 55 milyon avro ödənilməməsi ilə bağlı LFP və UEFA-ya müraciət edib. LFP PSJ-dən 55 milyon avro məbləği Mbappeyə ödəməyi tələb edib. Klub bu qərara etiraz edib, lakin şikayət rədd edilib.
Seçilən
3
2
oxu.az

10Mənbələr