AZ

Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir

Şəki rayonunun Kiş kəndində yaşayan Abdullayevlər ailəsinin dörd üzvü xəstəxanaya yerləşdirilib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən Kiş kənd sakinləri 30 yaşlı Taryel Abdullayev, həyat yoldaşı 31 yaşlı Billur Abdullayeva, eləcə də övladları 5 yaşlı Fərid və 1 yaşlı Məhəmməd dəm qazından zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Ailə üzvlərinə xəstəxananın Təcili tibbi yardım şöbəsində ilkin tibbi yardım göstərilib. Onlar daha sonra palataya köçürülüblər.

Həkimlər ailə üzvlərinin vəziyyətlərinin sabitləşdiyini, həyatı təhlükənin sovuşduğunu bildirib. Abdullayevlərin müalicəsi xəstəxanada davam etdirilir.

Hadisənin təfərrüatı araşdırılır.

Seçilən
22
1
sesqazeti.az

2Mənbələr