AZ

"Mən onların yanında olmaq və qucaqlamaq istəyirəm"

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın üzləşdiyi problemlərə münasibət bildirib.

“Şəhərlilər” son yeddi oyunda bir heç-heçə və altı məğlubiyyətə imza atıb.

Sportinfo.az “The Independent”-ə istinadən xəbər verir ki, ispaniyalı baş məşqçi nəticələri dəyişməli olduqlarını deyib:

“Mövsümün əvvəli belə nəticələr yox idi, sonra zədələrimiz oldu. Amma bunları bilirdik və bunu qəbul etməliyik.

Məşqçi kimi keçmişdə etdiklərimi bu futbolçuların sayəsində qazanmışam. Mən onların yanında olmaq və qucaqlamaq istəyirəm. Biz nəticələri dəyişməliyik”.

“Mançester Siti” Premyer Liqada növbəti oyununu dekabrın 4-də keçirəcək. Qvardiolanın komandası həmin gün “Nottingem Forest”i qəbul edəcək.

Seçilən
30
sportinfo.az

1Mənbələr