AZ

Gömrük Komitəsi protokol tərtib etdi, mebel istehsal edən şirkət cəzalandırıldı

Binəqədi Rayon Məhkəməsində mebel istehsalı ilə məşğul olan “Green Vood Construction” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Samir Nəsibovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Qərarla şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimələnib.

Xatırlatma: Protokol Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edilib.

Qeyd: MMC-nin qanuni təmsilçisi Azər Bəkir oğlu Hacıyevdir.

Seçilən
62
2
tribunainfo.az

10Mənbələr