"Lion"un hücumçusu Jorj Mikautadze qarət olunub.
İdman.biz xəbər verir ki, hadisə Gürcüstan yığmasının futbolçusun başına dünən gəlib.
Mikautadze evinin yaxınlığındakı dayanacaqda soyulub. Qarətçilərində biri silahlı olub. Futbolçunun saatı və 150-200 min avro dəyərində əşyaları əlindən alınıb.
Qeyd edək ki, Jorj 4 gün əvvəl Bakıda Avropa Liqası çərçivəsində "Qarabağ"ın qapısına iki qol vurmuşdu.
İdman.biz