Xəbər verildiyi kimi, Emin Ağalarov Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinə sədr təyin olunub.
Musavat.com bildirir ki, Emin Ağalarov xəbəri özü də təsdiqləyib. O bu barədə Facebook sosial şəbəkəsində yazıb.
"Bu gün Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirildi və onun çərçivəsində mən İdarə Heyətinin yeni sədri seçildim. Göstərdiyi etimada görə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarova, 6,5 illik uğurlu idarəçiliyə görə Səməd Qurbanova, eləcə də Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində çalışan bütün təşkilat və strukturların nümayəndələrinə təşəkkür edirəm. Əminəm ki, Rusiya ilə Azərbaycan arasında işgüzar dairələrdə sıx əlaqələri inkişaf etdirməklə göstərilən etimadı və dəstəyi doğrulda biləcəyəm", - Emin Ağalarov qeyd edib.
Musavat.com