AZ

Türkiyə limanlarından kimyəvi məhsul daşınması artıb

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanlarından 8 milyon 35 min 453 ton kimyəvi məhsul daşınıb.

Fins.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, daşınan yüklərin 1 milyon 104 min 501 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 6 milyon 930 min 952 tonu isə digər ölkələrin bayraqları altında üzən gəmilərlə daşınıb.

Nazirlik bildirib ki, bu dövr ərzində Türkiyə limanlarından tranzit olaraq 352 ton kimyəvi məhsul daşınıb.

2024-cü ilin oktyabr ayında isə Türkiyə limanları 30 milyon 655 min 349 ton yük qəbul edib. Bu dövr ərzində Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara 2 milyon 474 min 937 ton yük qəbul edilib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə 30 milyon 180 min 412 ton yük daşınıb.

Oktyabr ayında Türkiyə limanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

2024-cü ilin yanvar-oktyabr ayları ərzində Türkiyə limanları ümumilikdə 331 milyon 349 min 368 ton yük qəbul edib. Bu yükün 25 milyon 93 min 787 tonu Türkiyə bayrağı altında gəmilərlə daşınıb, 306 milyon 255 min 581 tonu isə digər ölkələrin bayraqları altında gəmilərlə daşınıb.

Eyni dövr ərzində Türkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yük daşınıb.

2024-cü ilin oktyabr ayında Türkiyə limanları 5 min 396 gəmi qəbul edib. Bu dövr ərzində 3 min 451 gəmi digər ölkələrin bayraqları altında, 1 min 945 gəmi isə Türkiyə bayrağı altında olub.

Ümumilikdə, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min 713 gəmi qəbul edib. Bu müddət ərzində 33 min 584 gəmi digər ölkələrin bayraqları altında, 18 min 129 gəmi isə Türkiyə bayrağı altında olub.

Fuad Mədətov
Fins.az

Seçilən
48
50
fins.az

10Mənbələr