AZ

Tbilisidə son vəziyyət: polis parlamentin önünü təmizlədi - VİDEO

Tbilisidə xüsusi təyinatlılar Gürcüstan parlamentinin binası qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyiblər.

 

Modern.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.

 

Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarını üç tərəfdən mühasirəyə alıb. Xüsusi təyinatlılar etirazçılara qarşı gözyaşardıcı qazdan və su şırnaqlarından da istifadə ediblər. Etirazçıları dağılışmağa çağıran xəbərdarlıq sirenası səsləndirilib.

 

Polis artıq parlamentin qarşısındakı meydanı etirazçılardan tamamilə təmizləyib. Hazırda qanunverici orqanın yerləşdiyi Rustaveli prospektinin ortasında xüsusi təyinatlılar düzülüb. Etirazçılardan bir neçə nəfər saxlanılıb.

 

Qeyd edək ki, bu gün axşam saatlarında Tbilisidə parlament binası yaxınlığında növbəti etiraz aksiyası keçirilib. Nümayiş başlayandan dərhal sonra polis parlamentin qarşısına yaxınlaşmaq istəyən insanlara qarşı gözyaşardıcı qazdan istifadə edib. Daha sonra etirazçıların qanunvericilik binasından uzaqlaşdırılması qərara alınıb.

 

 

Seçilən
89
27
modern.az

10Mənbələr